İdman

Sənan Süleymanov uğursuzluğunun səbəbini açıqladı

15 Fevral 2024 18:44
Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanovun Avropa çempionatındakı uğursuz çıxışının səbəbi bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu 77 kq çəkidə çıxış edən idmançının özü açıqlayıb.

O, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında çempionat ərəfəsində zədə aldığını bildirib: "Yarışa 5 gün qalmış belimin yuxarı hissəsindəki T9 və T10 diskindəki 4 mm yırtıqda kəskin ağrı oldu. Heç məşq də edə bilmədim. Hər gün ağrılar olur. L4, L5 və S1 disklərində sürüşmə və yırtıq var".

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Sənan bildirib ki, zədədən sonra tam hazır olacağı vaxt da dəqiqləşməyib: "Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ Buxarestdə olduğum üçün müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm. Sol çiynim və sol dizimdə də ağrılar var. Belimdəki zədə onsuz da sağalası vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə, ağrıları müalicə yoluyla azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam".

Qeyd edək ki, Rumıniyada keçirilən Avropa çempionatına İdris İbayev (Almaniya) üzərində 8:0 hesablı qələbə ilə başlayan Süleymanov 1/4 finalda Antonio Kamenyaseviçə (Xorvatiya) uduzub - 1:3.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.