İdman

Futbolçuya qarşı iş açıldı: Azarkeşlərə etdiyi nalayiq jestə görə - FOTO

12 Fevral 2024 12:33
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasının 24-cü turunun "Roma" - "İnter" (2:4) matçında qonaqların futbolçusu Françesko Açerbi meydan sahiblərinin azarkeşlərinə nalayiq jest edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, matçın 17-ci dəqiqəsində künc zərbəsindən sonra 35 yaşlı müdafiəçi baş ilə qol vurub. Bundan sonra italyan müdafiəçi romalı azarkeşlərə nalayiq işarə göstərib.

Onun bu hərəkəti hakimin gözündən yayınıb və cəzalandırılmayıb. Lakin İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu Açerbiyə qarşı iş açıb. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. "İnter"in futbolçusu diskvalifikasiya ilə üzləşə bilər. Təqsirli bilinərsə, o, cərimə də ödəyəcək. Bundan əlavə, yaxın günlərdə iş üzrə dinləmələr keçiriləcək.

Hazırda İtaliya A Seriyasında keçirilən 24 oyundan sonra "İnter" 60 xalla liderdir. "Roma" isə 38 xalla 5-cidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.