İdman

Məsut Özil Almaniya millisinə qayıdır

6 Fevral 2024 12:26
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayda İngiltərə xüsusi turnirə ev sahibliyi edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət Dünya Kuboku təşkilatı keçiriləcək.

Almaniya millisi ilə vidalaşması xoşagəlməz olsa da, keçmiş uğurları ilə tarixə düşən Məsut Özil də turnirdə iştirak edəcək. 

Almaniyanın heyətində Sami Xedira və Kevin Kuranyi kimi adların da yer alacağı bildirilib.

Qeyd edək ki, Özil milli forma ilə 92 oyun keçirib və 2014-cü ildə Dünya Kubokunun qalibi olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.