İdman

"Qarabağ"ın futbolçusu Türkiyə nəhənginə təklif olundu

5 Fevral 2024 10:09
Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu hücumçu axtarışındadır.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, İstanbul təmsilçisi "Neftçi"nin sabiq üzvü Mateus Saldanya ilə maraqlanır. Hazırda "Partizan"da çıxış edən forvardın menecerləri ilə danışıqlar davam edir. Lakin agentlər "sarı lacivərtlilər"ə başqa variant təklif ediblər. Söhbət "Qarabağ"ın forvardı Olavio Juninyodan gedir. Məlumatı "Fotospor" nəşri yayıb. "Şaveş"dən mövsümün əvvəlində transfer edilən hücumçu tez zamanda komanda adaptasiya oldu. 27 yaşlı forvardın 34 matçda 19 qol vurub, 4 məhsuldar ötürmə etməsi İstanbul nəhənginin diqqətini çəkib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.