İdman

Renatın komandasından qələbə

2 Fevral 2024 21:30
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün "Fatih Karagümrük"ü qəbul edib.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Hatayspor" - "Fatih Karagümrük" - 3:1
Qollar: Massanqa, 41 (1:0), Strandberq, 51-pen. (2:0), Lasaqna, 86 (2:1), Massanqa, 90+5 (3:1)

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 89-cu dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Hatayspor" 28 xalla 12-ci, "Fatih Karagümrük" 24 xalla 16-cıdır. Siyahıya 60 xalla "Fənərbaxça" başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.