Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib.
Milli.Az report-a istinadən xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı vafat edib.
Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı bildirilib.
Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun