İdman

Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi

22 Yanvar 2024 14:10
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, 34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.

Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb.

Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.

Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.