İdman

Salahın durumu bilindi - Nə qədər oynamayacaq?

20 Yanvar 2024 13:42
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir milli komandasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Salah qrup mərhələsi çərçivəsində keçirilən Qana ilə matçda (2:2) zədələnib. Salah ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələsində problem olduğu məlum olub.

Beləliklə, Salah Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksələrsə, Salah həmin matçda da iştirak edə bilməyəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.