İdman

Benzema məsələsində son nöqtə: Bu qərarı verdi

19 Yanvar 2024 11:12
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hücumçu Kərim Benzema bir neçə həftə "Əl-İttihad"ın məşqlərindən kənar qaldıqdan sonra komandanın məskunlaşdığı Ciddəyə qayıdıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Fransız futbolçunun komandadan uzun müddət uzaq düşməsinin fonunda mediada Benzemanın Səudiyyə Ərəbistanında xoşbəxt olmadığına dair söz-söhbətlər ortaya çıxıb. Lakin bundan sonra 36 yaşlı futbolçunun "sar-qaralar"da oynamağa davam edəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, 2022-ci ildə "Qızıl top"un sahibinin ətrafı da onun ən azı mövsümün sonuna qədər "Əl-İttihad"da qalacağını təsdiqləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.