İdman

“Qalatasaray”ın sabiq ulduzu ürəktutmadan ÖLDÜ - FOTOlar

18 Yanvar 2024 12:06
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2008-2009-cu il mövsümündə "Qalatasaray"da çıxış edən serbiyalı keçmiş basketbolçu Deyan Miloyeviç ürək tutmasından dünyasını dəyişib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 2021-ci ildən "Qolden Steyt Vorriors"da baş məşqçi köməkçisi işləyən 1977-ci il təvəllüdlü keçmiş basketbolçu Miloyeviç restoranda yemək yeyərkən halı pisləşib və xəstəxanaya yerləşdirilib.

İnfarkt keçirdiyi məlum olan Milojeviçi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

"Qalatasaray"ın sosial media hesabından başsağlığı paylaşımı edib:

"2008-2009 mövsümündə "Qalatasaray"da çıxış edən və NBA komandası "Golden State Varriors"un köməkçi məşqçilərindən biri olan keçmiş oyunçumuz Dejan Miloyeviçin dünyasını dəyişdiyini kədərlə öyrəndik. Ailəsinə və bütün basketbol ictimaiyyətinə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.