İdman

Medina məşqlərə başladı - FOTOlar

13 Yanvar 2024 07:41
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Kevin Medina zədəsini sağaldıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi artıq fiziki məşqlərə başlayıb. 

O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Medina məşqdən fotolarını "Bütün proqnozlara baxmayaraq, həyat çox gözəldir" sözləri ilə paylaşıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. O, ötən ay əməliyyat olunub.

Xatırladaq ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun Avroliqanın pley-off mərhələsində "Braqa" ilə hər iki oyunu buraxacağını açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.