İdman

La Liqanı ələ saldı: Zarafat liqası

12 Yanvar 2024 07:58
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin sabiq futbolçuları, hazırda televiziya ekspertləri Ceymi Karraqer və Qari Nevil 2023-cü ilin ən yaxşı oyunçularından ibarət komandanı seçərkən mübahisə ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlardan üçüncü hücumçu seçmək istənildikdə (bu vaxt Erlinq Haaland və Kilian Mbappe artıq komandada idilər) dostluq mübahisəsi baş verib.

Karrager "France Football"un "Qızıl top"u verdiyini iddia edərək Lionel Messini təklif edib. Qari həmkarının seçimi ilə razılaşmayıb, bildirib ki, Dünya Kuboku 2022-ci ildə idi və bundan sonra argentinalı superulduz yaddaqalan heç nə etməyib.

Nevil hesab edib ki, Vinisius Junior komandada yer almağa layiqdir. Sonra mübahisə başlayıb.

Karrager: "Mən Messini MLS-də etdiyi işlərə görə seçərdim. Onun qollarından və asistlərindən bəziləri..."

Nevil: "6 matçda?"

Karrager: "Bilirəm, amma inanılmaz idi, inanılmaz idi. Vinisius nə edib?

Nevil: "Sənə deyəcəm. 44 matçda 18 qol vurub, 17 məhsuldar ötürmə edib. 35 effektiv fəaliyyət!"

Karrager: "Real"da? Zarafat liqasında? "Real" nə qazandı? Vinisius La Liqanı belə qazana bilmədi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.