İdman

"Xəzri" ikinci dövrədə də "Neftçi"ni məğlub etdi

10 Yanvar 2024 22:59
Baxış: 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Basketbol Liqasının XX turunun və ikinci dövrənin açılış oyunu baş tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, günün yeganə qarşılaşması "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "Neftçi" klubları arasında olub. Gərgin keçən görüş "Xəzri"nin 86-84 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın ən məhsuldar basketbolçusu 22 xal, 8 ribaundla Amil Həmzəyev olub. "Ağ-qaralar"da isə Kamran Məmmədov - 20 xal, 6 ribaundla oyunu başa vurub.

Bu komandalar arasında ilk dövrədə keçirilən matçda da "Xəzri" qalib gəlmişdi.

Qeyd edək ki, XX turun növbəti oyunları ("Sumqayıt" - "NTD-İndiqo", "Cəlilabad" - "Sərhədçi", "Şəki" - "Xırdalan", "Gəncə" - "Sabah") müvafiq olaraq yanvarın 12, 13, 14-də baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.