İdman

Azarkeş sürpriz şəkildə 100 min dollar qazandı - VİDEO

11 Yanvar 2024 00:07
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Basketbol Assosiasiyasında keçirilən "Los-Anceles Leykers" - "Toronto Reptors" görüşündə maraqlı hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azarkeşlərdən biri oyun zamanı 100 min dollar qazanıb. 

Məlum olduğu kimi, oyunların fasiləsi zamanı azarkeşlərlə müxtəlif əyləncəli proqramlar təşkil edilir. Bu dəfə təsadüfi olaraq seçilmiş azarkeşə topu səbətə göndərmək şansı yaradılıb. Mərkəz xəttindən edilən cəhd uğurlu alınıb. Bu da azarkeşə 100 min dollar qazandırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.