İdman

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir

9 Yanvar 2024 13:11
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək Superkubok oyununa ev sahibliyi etməyi təklif edib.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq təkliflə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Türkiyə hazırda oyunun Samsun və ya Ankara şəhərlərindən birində keçirilməsini nəzərdə tutur. TFF ilə yanaşı, "Fənərbağça" və "Qalatasaray" komandalarının təklifə yekun cavabı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, "Fənərbağça" və "Qalatasaray" arasında Superkubok oyununun Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılırdı. Lakin ev sahibi ölkənin tələbləri səbəblərindən oyunun bu ölkədə keçirilməsi mümkün olmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.