İdman

Andrey Şevçenko milllinin sükanı arxasına keçir?

4 Yanvar 2024 18:32
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki,  AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.

Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.

Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev "Dinamo"su və "Milan"dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.

O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.