Keçmiş futbolçu Devid Bekhemin həyatından bəhs edən sənədli filmdən qazandığı məbləğ məlum olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
O, ötən ilin oktyabrında premyerası baş tutan "Bekhem" adlı ekran işindən 72 milyon funt-sterlinq (təxminən 155,829 min manat) gəlir əldə edib.
Mütəxəssislərin fikrincə Devid və həyat yoldaşı Viktoriya 2024-cü ildə birlikdə 100 milyon funt-sterlinq pul toplaya biləcək.
Qeyd edək ki, sözügedən film "Netflix" platformasında yayımlanır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun