2 aya 72 milyon qazandı

2 Yanvar 2024 16:07

Keçmiş futbolçu Devid Bekhemin həyatından bəhs edən sənədli filmdən qazandığı məbləğ məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

O, ötən ilin oktyabrında premyerası baş tutan "Bekhem" adlı ekran işindən 72 milyon funt-sterlinq (təxminən 155,829 min manat) gəlir əldə edib.

Mütəxəssislərin fikrincə Devid və həyat yoldaşı Viktoriya 2024-cü ildə birlikdə 100 milyon funt-sterlinq pul toplaya biləcək.

Qeyd edək ki, sözügedən film "Netflix" platformasında yayımlanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun