İdman

Agenti “Qarabağ”ın oyunçusu ilə bağlı bilinməyən faktı açıqladı

16 Dekabr 2023 13:11
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın qapıçısı Anrey Lunyov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Hekken"lə oyun öncəsi (2:1) xəstələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qolkiperin agenti Anton Smirnov özünün "Teleqram" kanalında yazıb.

O, oyunçunun virusa yoluxduğunu bildirib: "Andrey yəqin ki, məni bunları dediyimə görə danlayacaq. Amma bu vacib detalı qeyd etməyə bilmərəm. Düşünürəm ki, biz bunu indi deyə bilərik.

İki gün əvvəl Andrey çox xəstə idi, virusa yoluxdu və bütün orqanizmi çökmüşdü. Məşqdən yayınmalı oldu. İki gün əvvəl sistem vurdular və nəhayət, onu ayağa qaldırdılar.

Daha vacib və dəyərli olan "Hekken"lə matçda nümayiş etdirilən oyun və edilən seyvlərdir.

"Qarabağ"ın həkimlərinə isə dərin təşəkkürlər! Eləcə də məşqçilər heyətinə etimadlarına görə! Təbii ki, Andreyə oynamaq istəyinə görə təşəkkür edirəm".

Qeyd edək ki, Lunyov "Hekken"lə görüşdə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.