İdman

Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı

15 Dekabr 2023 08:47
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə çempionatının matçından sonra hakimi döyən "Ankaragücü" futbol komandasının sabiq prezidenti Faruk Koca barədə qərar verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Futbol Federasiyasının İntizam Komitəsi onu ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.

Bildirilib ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alaraq cərimə ediliblər. Həmçinin "Ankaragücü" 2 milyon türk lirəsi cərimə olunub. İdarə heyəti qeyd edib ki, komanda növbəti beş ev oyununu azarkeşlərsiz keçirəcək.

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F. Koca isə həmin gün həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.