İdman

Oyun zamanı FACİƏ: gənc futbolçunı ildırım vurub öldürdü, daha 6 nəfər... - VİDEO

12 Dekabr 2023 22:31
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada 21 yaşlı futbolçu Caio Henrique de Lima Goncalves "Uniao Jairense" - "Unidos" matçı zamanı ildırım vurması nəticəsində ölüb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.

Faciə Santo Antonio da Platina şəhərində keçirilən Həvəskarlar Regional Kubokunun ilk tur matçında baş verib.

Bələdiyyənin idman departamentinin direktoru Markos Novelli Ferreyranın sözlərinə görə, gün ərzində əraziyə yağış yağıb. İldırım vurması nəticəsində daha 6 nəfər xəsarət alıb, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.

"União Jairense" - "Unidos" oyunu insident səbəbindən erkən dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.