İdman

Messi və Ronaldu yenə üz-üzə gələcəklər - Tarix bilindi

12 Dekabr 2023 11:42
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter Mayami" Futbol Klubu mövsümöncəsi matçlarını Səudiyyə Ərəbistanında keçirəcəyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, komanda orada iki oyun keçirəcək. Yanvarın 29-da "İnter Mayami" "Əl-Hilal", fevralın 1-də isə "Əl-Nəsr"lə qarşılaşacaq.

Maraqlıdır ki, fevralın 1-də "İnter Mayami"də çıxış edən argentinalı hücumçu 
Lionel Messi "Əl-Nəsr"in rənglərini qoruyan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə görüşə bilər.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Ronaldo da öz növbəsində 2023-cü il yanvarın 1-dən "Əl-Nəsr"ın oyunçusudur. Portuqaliyalının klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.