İdman

“Real Madrid” Avropada son dörd ilin rekorduna imza atıb

9 Dekabr 2023 12:38
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real Madrid" futbol klubunun müdafiəsi 2019/20 mövsümündən bəri Avropa çempionatı klubları arasında ən yaxşısı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu müddət ərzində komanda 167 matçda 129 qol buraxıb (hər oyuna orta hesabla 0,77 top düşür).

"Atletiko" 166 oyunda buraxılan 141 qolla ikinci yerdədir (0,84).

Üçüncü yerdə 155 matçda 139 qol buraxan PSJ qərarlaşıb (0,89).

"Real" bu mövsüm keçirdiyi 15 matçda doqquz qol buraxıb və bu, klubun tarixindəki ən yaxşı rekorddur.
Bundan əvvəl ən yaxşı nəticə Zinəddin Zidanın rəhbərliyi altında 2019/20 mövsümündə 15 matçda 11 qol olub.

Xatırladaq ki, mətbuatda ispan mütəxəssis Xabi Alonsonun yaxın vaxtlarda Karlo Ançelottini Madrid klubunun baş məşqçisi postunda əvəz edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.