Beşiktaşın oyununda aləm qarışdı - oturacaqları yandırıb polisə daşla hücum etdilər - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ankaragücü" ilə "Beşiktaş" arasında oynanılan matçlarda uzun illərdən sonra ilk dəfə səfər oyunlarında tamaşaçılara qoyulan qadağa aradan qaldırılsa da, baş tutan sonuncu matçdan sonra yenə tribunalarda insidentlər yaşanıb.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər "Eryaman" stadionuna zərər vurub, üstəlik polisə hücum edib.
Əvvəlcə "Ankaragücü"nün tərəfdarları "Beşiktaş"lı həmkarlarının yer aldığı tribunalarına tərəf yad əşyalar atıblar. Daha sonra "Beşiktaş" fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən "Beşiktaş"lılar ardından yan tribunalarda "Ankaragücü"nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər. Bundan başqa "ağ-qara"lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən "Beşiktaş" azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib. Qonaqlardan fərqli "Ankaragücü" azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.
Superliqanın 14-cü turu çərçivəsində baş tutan "Ankaragücü" - "Beşiktaş" matçı 1:1 hesabı ilə yekunlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın son günü şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO
-
Azərbaycanda uşaqpulu ilə bağlı MÜHÜM XƏBƏR - 600 manat...
-
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - FOTO
-
Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
-
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
-
Ölkə toylarında DƏYİŞİKLİK
-
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
-
Xalq artisti səhnədən YIXILDI - VİDEO
-
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
-
Kürdəmirdə YANĞIN - Ölən var
-
Əməkdar jurnalist yüksək vəzifəyə təyin EDİLDİ
-
Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
-
Xaçmazda ağır QƏZA - Ölənlər var - FOTO
-
Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndələrimiz İrəvandadır - FOTO
-
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Qəbiristanlıqda kameraya görün nələr düşdü - FOTOlar
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar
-
Bu fənndən imtahan keçiriləcək
-
ÇL: “Atletiko Madrid” “Arsenal”a qarşı…
-
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ
-
Boşanma qərarı almışdı, BARIŞDILAR - VİDEO
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO





