İdman

Suaresin “Qremio”dan getdiyi təsdiqləndi

3 Dekabr 2023 10:42
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "Qremio" klubunun baş məşqçisi Renato Qauşo uruqvaylı hücumçu Luis Suaresin komandadan ayrıldığını təsdiqləyib.

"Əlbəttə, biz onun üçün darıxacağıq. Hamı onu çox sevir. Böyük peşəkar və dünyanın dörd ən yaxşı hücumçusundan biri ilə işləmək xoş idi. Onsuz da boşluq qalacaq", -  Milli.Az lent.az-a istinadən bildirir ki, Qauşo vurğulayıb.

Daha əvvəl Luis Suaresin karyerasını Amerikanın "İnter Mayami" klubunda davam etdirəcəyi bildirilirdi.

Suares 2023-cü ilin əvvəlində Uruqvayın "Nasional" klubundan azad agent kimi "Qremio"ya keçib. Bu mövsüm hücumçu bütün yarışlarda 51 oyunda 23 qol vuraraq komandanın bombardiri olub. "Qremio" hazırda Braziliya A Seriyasında 5-ci yerdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.