İdman

2023-cü ilin ən məhsuldar futbolçusu odur

25 Noyabr 2023 19:39
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda "Köln"ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Forvard cari ildə "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

"Mançester Siti"dən norveçli Erlinq Holann və "Əl-Nəsr"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.