İdman

AFFA “Sumqayıt”a rədd cavabı verdi

25 Noyabr 2023 15:30
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlayıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə"nin, futbolçusu Vladislav Kulaçın Premyer Liqasının 12-ci turunda "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılması ilə bağlı şikayəti qismət təmin edilib. Hücumçunun diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.

Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.