İdman

Yenə milli komandada işləmək istəyir

23 Noyabr 2023 11:44
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi daha bir yığmada işləmək istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə "Sky Sport 24" nəşrinə açıqlama verib.

İtaliyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib: "Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq. Amma müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm".

Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.