İdman

"Axır ki, vurduğum qollardan sonra sevinə bildik"

17 Noyabr 2023 00:17
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz çox yaxşı hazırlaşmışdıq. İstəyirdik azarkeşlərimizi sevindirək. Çünki uzun müddət idi evdə qələbə qazana bilmirdik".

Milli.Az publika.az-a istinadən xəbər verir ki,bu sözləri futbol üzrə milli komandamızın kapitanı Emin Mahmudov İsveç üzərində qazanılan qələbədən sonra (3:0) deyib.

Mahmudov erkən vurulan qolların onlara rahatlıq verdiyini bildirib.

"İlk hücumlarda yaxşı oynadıq. İstəyirdik ki, ev sahibi olduğumuzu göstərək. Rəqibi əks-hücumlarda tutduq. Ələ düşən imkanları qaçırmaq və hesabda geri düşmək istəmirdik. Vurulan qollar, bizə rahatlıq verdi. İsveç çox yaxşı komandadır. Amma biz öz oyunumuzu göstərərək yaxşı qələbə qazandıq. Bu qələbə münasibətiylə azarkeşlərimizi təbrik etmək istəyirəm. Onlar bu gün bizə möhtəşəm dəstək verdilər".

O, millidəki qollarını sayını 13-ə çatdırmaqla bombardir Qurban Qurbanova (14 qol) yaxınlaşmasından da danışıb:

"Çalışacam ki, qollar vurum. Vurulan qollar qələbə gətirəndə daha yaxşı olur. Axır ki, vurduğum qollardan sonra qələbə qazanıb sevinə bildik. Çox vaxt qol vurduqdan sonra qalib gələ bilmirdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.