İdman

“Neftçi” - “Zenit” oyunu ilə futbolla vidalaşacaq

16 Noyabr 2023 11:10
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, bunu "Neftçi" "Son toxunuş" adlı video ilə anons edib. 36 yaşlı sabiq müdafiəçi paytaxt təmsilçisinin Bakıda Rusiya "Zenit"inə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək "Neftçi" - "Zenit" matçı saat 21:00-da başlanacaq. 

Xatırladaq ki, R.Abışov ötən ay karyerasını başa vurduğunu açıqlayıb. "Neftçi"nin yetirməsi olan sabiq futbolçu 2006-2012 və 2017-2019-cu illərdə sözügedən klubda çıxış edib. O, karyerası ərzində "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. Abışov son mövsümü "Zirə"də keçirib. O, 2009-2018-ci illərdə Azərbaycan millisində oynayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.