İdman

2023-cü ildə ən çox pul qazanan idmançılar - SİYAHI

15 Noyabr 2023 21:15
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ildə ən çox pul qazanan idmançıların adları açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 30 nəfərlik siyahının ilk "üçlüy"ündə futbolçular yer alıblar.

Portuqaliyalı Kriştianu Ronaldu 136 milyon dollarlıq gəlirlə dünyanın ən çox qazanc götürən idmançısıdır. Onu argentinalı Lionel Messi izləyir. Ronaldo ilə Messi arasında cəmi 6 milyon dollar fərq var.

İlk "üçlüy"ü isə fransalı hücumçu Kilian Mbappe qapayır.

2023-cü ildə ən çox qazanan 10 idmançı:

1. Kriştianu Ronaldu (futbolçu) - 136 milyon dollar

2. Lionel Messi (futbolçu) - 130 milyon

3. Kilian Mbappe (futbolçu) - 120 milyon

4. Lebron Ceyms (basketbolçu) - 119,5 milyon

5. Saul Alvares (peşəkar döyüşçü) - 110 milyon

6. Dastin Conson (qolfçu) - 107 milyon

7. Fil Mikelson (qolfçu) - 106 milyon

8. Stefen Karri (basketbolçu) - 100,4 milyon

9. Roje Federer (tennisçi) - 95,1 milyon

10. Kevin Durant (basketbolçu) - 89,1 milyon

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.