İdman

Futbol tarixinin rekordu qırılacaq - 240 milyonluq təklif qəbul edilir

15 Noyabr 2023 09:55
Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Əl İttihad" İtaliya A Seriyasında çıxış edən "İnter"in hücumçusu Lautaro Martinez üçün rekord təklif irəli sürüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Əl İttihad" hücumçu üçün 240 milyon avro təklif edib. "Sport"un məlumatına görə, təklif "İnter" tərəfindən qəbul olunarsa, bu futbol tarixində futbolçu üçün ödənilən ən yüksək transfer haqqı kimi tarixə düşəcək. "İnter"in bu təklifi qəbul edəcəyi irəli sürülür.Bundan əvvəlki rekord 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçən Neymar məxsusdur.

Qeyd edək ki, Fabinyo, Kərim Benzema və Nqolo Kante kimi dünyaca məşhur ulduzları heyətinə qatan "Əl İttihad"ın yeni transferlər üçün də fantastik büdcə ayırdığı qeyd edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.