İdman

Tonali "Nyukasl"dan uzaqlaşdırıldı

12 Noyabr 2023 16:44
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyalı müdafiəçi Sandro Tonali qumar aludəçiliyinə görə on ay müddətinə diskvalifikasiya edilib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, həmçinin rəsmi futbol simulyatoru olan EA FC24-dən də çıxarılıb. 

Bu barədə "Pianetamilan.it" məlumat yayıb. Xəbərə görə, Tonali "Nyukasl" heyətində olmayacaq və əlavə oyun paketlərində seçilə bilməyəcək.

Xatırladaq ki, Sandro Tonali İngiltərə klubuna İtaliyanın "Milan" klubundan keçib. O, bu komandada 130 oyun keçirib, 7 qol vurub və 13 məhsuldar ötürmə edib. Sandro İtaliya klubu ilə həmçinin, 2021/2022 mövsümündə A Seriyasının qalibi olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.