İdman

"Neftçi" doğma meydanda "Sumqayıt"la bacarmadı

11 Noyabr 2023 19:04
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədən tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat "Sumqayıt"ın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədəki "Səbail"ə çatıb. "Ağ-qaralar" 18 xalla altıncı sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Səbail" oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.