İdman

Belçika yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlandı

11 Noyabr 2023 15:52
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika yığmasının Serbiya ilə yoldaşlıq və Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunu üçün heyəti müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Domeniko Tedesko 26 futbolçuya dəvət göndərib.

Belçika millisinin heyəti: Amen Əl-Dahil, Yohan Bakayoko, Mişi Batşuayi, Arnaud Bodart, Yannik Karrasko, Timoti Kastan, Kun Kastels, Zeno Debast, Olivye Deman, Jeremi Doku, Vaut Fas, Tomas Kaminski, Romelu Lukaku, Dodi Lukebakio, Orel Manqala, Amadou Onana, Lois Openda, Aleksis Salemakers, Mats Sels, Artur Teat, Yuri Tilemans, Leandro Trossard, Zinyo Vanheusden, Artur Vermeren, Yan Vertongen, Aster Vranks.

Qeyd edək ki, Belçika noyabrın 15-də Serbiya yığmasını, bundan dörd gün sonra isə Azərbaycan millisini qəbul edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.