İdman

“İtə, qadına, atlara baxır, amma qızına baxmır”

9 Noyabr 2023 11:39
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"nın futbolçusu Sərdar Azmun qızına qayğı və diqqət göstərmir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Azmunun keçmiş sevgilisi Aliyə məlumat verib. O bildirib ki, iranlı futbolçu məhkəmənin təyin etdiyi alimenti də ödəmir:

"Verdiyi vədlərdən heç birini yerinə yetirmədi. Məhkəmə onun atalığını müəyyən edərək aliment ödəməyə qərar verəndən sonra bütün ödənişləri dayandırıb. Qızının həyatı ilə maraqlanmır və ona kömək etmir. Sərdar kömək edəcəyini desə də, əslində cibinə görə əhəmiyyətsiz olan ödənişlərdən də yayınmağa çalışır.

Övladının rahat həyatını təmin etmək valideynlərin əsas vəzifəsidir. Sərdar İranda itə, qadına, atlara baxır, amma qızına baxmır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory