İdman

“Sabah”dan tarixi qələbə

8 Noyabr 2023 21:19
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro "Mornar"ını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla "Sabah" müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Qeyd edək ki, "Sabah" qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro "Mornar"ına (75:80), Türkiyə "Bağçaşəhər"inə (65:83) və Çexiya "Nimburk"una (61:95) məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.