İdman

İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar

8 Noyabr 2023 08:22
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.