İdman

Fyuri Nqannu ilə döyüşdə nokdauna düşməsindən danışdı

29 Oktyabr 2023 14:13
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu, şübhəsiz ki, ssenaridə yox idi. O, çox yöndəmsiz döyüşçüdür, güclü yumruq zərbələri var və boksçu kimi gözlənildiyindən də yaxşıdır. Bu, mənim üçüb son 10 ilin ən çətin döyüşlərindən biri olub. Nokdaun? Xüsusi bir şey yoxdu, yenə başımın arxasından vurdular, ayağa qalxdım. Uzun müddət, 11 aydır ki, rinqdə deyiləm, amma bəhanə olmamalıdır, Ngannu yaxşı idi. Uzun müddətdir hazırlaşırdım, evə getmək, dincəlmək istəyirəm, sonra nə olacağını görəcəyik", - Fyuri döyüşdən sonra deyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Britaniyalı boksçu Tayson Fyuri kamerunlu Frensis Nqannu ilə döyüşdə üçüncü raundda nokdaun almasını şərh edib. İdman.biz-in məlumatına görə, döyüşün hakimlərin qərarı ilə Fyurinin qalib gəlməsi ilə başa çatıb.

Fyuri üçün bu qələbə onun peşəkar rinqdə 34-cü olub. Bir görüş heç-heçə ilə bitib. Nqannu isə boksda debüt döyüşünü keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.