İdman

Səbirsizliklə gözlənilən görüş niyə baş tutmadı? - FOTO

28 Oktyabr 2023 10:27
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson rusiyalı qarışıq döyüş sənətləri (MMA) döyüşçüsü Fyodr Yemelyanenko ilə döyüşməkdən imtina edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən mətbuat konfransında elan edib.

Tayson bunun səbəbini də izah edib.

"Fyodorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir", - deyə əfsanəvi boksçu bildirib.

Qeyd edək ki, rusiyalı boksçu avqust ayında keçmiş dünya çempionu ilə döyüşmək arzusunda olduğunu bildirib. Sentyabrda Yemelyanenkonun Taysonla döyüşmək üçün danışıqlar apardığı və boks məşqlərinə başladığı məlum olub.

Tayson sonuncu dəfə 2020-ci ildə həmyerlisi Roy Consa qarşı rinqə çıxıb. Döyüş heç-heçə başa çatıb. Bu Taysonun son 15 ildə ilk çıxışı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.