İdman

Taekvondoçularımızdan növbəti uğur - FOTO

23 Oktyabr 2023 16:41
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taekvondo üzrə Azərbaycan milli komandası Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığma G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olub.

Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (58 kq), Qaşim Maqomedov (63 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.