İdman

“Dinamo”nun baş məşqçisi: Emreli məşqdə zədələndi, onun durumu...

20 Oktyabr 2023 16:15
Baxış: 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Milli.Az  "24sata.hr" saytına istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib: "Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq".

Qeyd edək ki, "Dinamo" Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də "Qoritsa"nın qonağı olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.