İdman

"Fənərbağça"nın baş məşqçisi azərbaycanlı hücumçudan çəkinir

20 Oktyabr 2023 21:00
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi İsmail Kartal Türkiyə Superliqasının IX turunda üz-üzə gələcəkləri "Hatayspor"un üç futbolçusunu xüsusi fərqləndirib.

Milli.Az "report"a istinadən bildirir ki,  62 yaşlı mütəxəssis yetirmələri ilə söhbətdə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov (2 qol), nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru (4 qol, 3 məhsuldar ötürmə) və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın (1 qol, 1 məhsuldar ötürmə) ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib.

İ.Kartal bu futbolçuların meydanda ciddi nəzarətdə saxlanılmasını tapşırıb.

Qeyd edək ki, oktyabrın 22-də reallaşacaq "Fənərbağça" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.