İdman

“Qalatasaray” azarkeşlərinə pis xəbər - İkardinin yeni klubu bilindi

17 Oktyabr 2023 15:40
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi yenidən "İnter"ə keçə bilər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, A seriyasının güclü təmsilçisi "İnter" sabiq ulduzu Mauro İkardini yenidən heyətinə qatmaq üçün transfer gündəminə salıb.

Bu mövsüm Lautaro Martinezin rəhbərliyi altında təsirli oyun nümayiş etdirən mavi-qaralar hücum xəttini daha da gücləndirmək üçün yanvarda yeni hücumçu transfer etməyi planlaşdırdığı bildirilir.

"İnter"in transfer cəhdlərini sürətləndirdiyi və Mauro İkardinin adının klub daxilində böyük həyəcan yaratdığı bildirilir. Argentinalı hücumçunun əvvəllər əfsanə olduğu "İnter"ə qayıtmaqda maraqlı olduğu xəbərdə vurğulanıb.

Qeyd edək ki, bu mövsüm "Cim-Bom"da çıxdığı 14 matçda 12 qol vuran və 2 məhsuldar ötürmə ilə yadda qalan İkardi baş məşqçi Okan Burukun ən güvəndiyi adlardan biri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.