İdman

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

29 Sentyabr 2023 22:30
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Milli.Az xəbər verir ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 49-cu dəqiqədə Abdullah Zubir vurub.

Xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.