İdman

“Real Madrid”dən möhtəşəm geridönüş

18 Sentyabr 2023 08:30
Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" İspaniya La Liqasının V turunu da itkisiz başa vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "kral klubu" öz meydanında "Real Sosyedad"a qalib gəlib - 2:1.

Hesabı beşinci dəqiqədə qonaqların heyətində Ander Barrenetçea açıb. Lakin Madrid təmsilçisi geridönüş etməyi bacarıb. 46-cı dəqiqədə Federiko Valverde, 60-cı dəqiqələrdə Xoselu fərqləniblər.

Bu qələbədən sonra maksimum - 15 xal toplayan "Real Madrid" turnir cədvəlində vahid liderdir. "Real Sosyedad" altı xalla beşincidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.