İdman

Tanınmış legioner "Qarabağ"dan ayrılır? - AÇIQLAMA

9 Sentyabr 2023 20:11
Baxış: 1 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Milli.Az xəbər verir ki, yalnız hücumçu Adama Diakabinin adı heyətə salınmayıb. Klubun direktoru Əmrah Çəlikəl bununla bağlı açıqlama verib. O, fransalı hücumçunun hazırda düşərgəni tərk etmədiyini bildirib:

"UEFA-ya göndərdiyimiz "A" listində yerimiz dolub. Odur ki, kimisə siyahıdan çıxarmalı idik. Qurban Qurbanovun məsləhəti ilə Diakabini ora daxil etmədik. Amma fransalı legioner hələ heç yerə getməyib, buradadır".

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində, "Bayer 04" (Almaniya), "Hakken" (İsveç) və "Molde" (Norveç) ilə mübarizə aparacaq.(sportinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.