İdman

İdmançılarımızdan Avropa çempionatının ilk günündə 3 medal

7 Sentyabr 2023 20:30
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatına uğurlu başlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, yarışın ilk günündə milli komandamızın 7 üzvü medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında 60 kiloqram çəkidə yarışan Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə "waza-ari" xalı ilə qalib gələrək qızıl medal qazanıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev final qarşılaşmasında gürcüstanlı Tenqo Zirakaşviliyə uduzaraq gümüş medalla kifayətlənib.

Qızlar arasında isə 52 kiloqramda mübarizə aparan Aydan Vəliyeva isə üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. "Qızıl xal" bölümünün üçüncü dəqiqəsində rəqibinə ipponla qalib gələn idmançı bürünc medala sahib çıxıb.

Milli.Az

İdmançılarımızdan Avropa çempionatının ilk günündə 3 medal

İdmançılarımızdan Avropa çempionatının ilk günündə 3 medal

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.