İdman

Messiyə matçdan sonra butulka atdılar - VIDEO - FOTO

5 Sentyabr 2023 08:35
Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MLS-də "Los-Anceles"lə səfər oyunundan sonra azarkeşlərdən biri "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messiyə butulka atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, argentinalı mühafizəçisinin müşayiəti ilə meydanı tərk edirmiş və bu zaman tribunadan futbolçuya butulka atılıb. Butulka Messiyə dəyməyib, futbolçu şüşəni görən kimi aşağı əyilib.

Qeyd edək ki, Messi həmin görüşdə iki məhsuldar ötürmə edib.

Ötən ayın sonlarında Lionel Messi özünə cangüdən tutub. Futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.

Futbolçunun cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün "İnter Mayami"nin matçları zamanı meydançanın kənarı ilə qaçır.

Messi yay transfer pəncərəsində "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.