Ölkə

Xəzər rayonunda da yeni məktəb binası istifadəyə verildi - FOTO

2 Oktyabr 2025 16:37
Baxış: 311
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 saylı tam orta məktəbdir.

Milli.Az xəbər verir ki, 2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərcivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.